Səninlə bir ömür qalmaq istərəm
Yanında hər zaman olmaq istərəm
Sən Allahın lütfüsən mənə
Səninlə bir nəfəs almaq istərəm
Məndə yaratmısan elə əminlik
Balın şirinliyi sözlərindədir
İnsanı özünə çəkən dərinlik
Dənizlərdə deyil gözlərindədir
O gözlərin olummu qurbanı
Alıb məni salıbdır çöllərə
O sözlərin olummu heyranı
Əcəb düşüb bu sevgi dillərə